06 Noyabr 2020, 00:30
AVROPA LİQASI
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza çalımbay Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
"Qələbə qazandığımız üçün xoşbəxtik. Bu, həm özümüz, həm də Türkiyə üçün önəmli qarşılaşma idi. Oyunda üstün tərəf idik. İlk hissədə daha çox qol imkanları yaratdıq. Əvvəlki oyunlara tam heyətlə çıxa bilsəydik, daha fərqli "Sivasspor" görəcəkdiniz. Hələ heç nə bitməyib. Səfərdə yaxşı oynayırıq. Məqsədimiz qrupdan çıxmaqdır. İsraildə "Makkabi" (Təl-Əviv) komandasını məğlub edə bilərik. "Vilyarreal"la görüşdə nə olacağı bəlli deyil".