Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra yerli jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"Əvvəlki matçlarda daha yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik. UEFA çempionlar Liqasında İngiltərə "Mançester Yunayted"ini 2:1 hesabı ilə məğlub edən "Başakşəhər"i təbrik edirəm. Onların qələbəsi bizə motivasiya verdi. "Qarabağ"a qarşı növbəti matçda da qalib gəldikdən sonra İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi" komandasını üstələyib qrupdan çıxmaq istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest