06 Noyabr 2020, 01:38
AVROPA LİQASI
Belə ki, matçın startına təxminən yarım saat qalmış Vilyarreal şəhərində güclü fırtına başlayıb. Bu üzdən də baş hakim və UEFA nümayəndəsi qarşılaşmanın startını bir müddət təxirə salıb. Fırtına sakitləşdikdən sonra oyuna Bakı vaxtı ilə 01:10-da start verilib.
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun "Vilyarreal" (İspaniya) – "Makkabi" (Təl-Əviv, İsrail) oyunu nəzərdə tutulan vaxtda başlamayıb.
Matc.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.
Belə ki, matçın startına təxminən yarım saat qalmış Vilyarreal şəhərində güclü fırtına başlayıb. Bu üzdən də baş hakim və UEFA nümayəndəsi qarşılaşmanın startını bir müddət təxirə salıb. Fırtına sakitləşdikdən sonra oyuna Bakı vaxtı ilə 01:10-da start verilib.
Qeyd edək ki, bu komandalar Azərbaycan çempionu "Qarabağ"la eyni qrupda mübarizə aparır. Ağdam klubu bu gün səfərdə Türkiyə "Sivasspor"una 0:2 hesabıyla uduzub.