"Çox yaxşı çıxış etdiyimizi düşünmürəm. Əks-hücumlarda iki qol vura bildik. Qarşıda daha 3 oyunumuz var. Çətin olacağını bilirik, amma əlimizdən gələni edib qrupdan çıxmaq istəyirik"

Türkiyənin "Sivasspor" klubunun yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"Bu matçda düzgün oynadıq. çox yaxşı çıxış etdiyimizi düşünmürəm. Əks-hücumlarda iki qol vura bildik. Qarşıda daha 3 oyunumuz var. çətin olacağını bilirik, amma əlimizdən gələni edib qrupdan çıxmaq istəyirik".
 
Türkiyə təmsilçisinin digər futbolçusu Robin Yalçın vacib görüşdə qələbə qazandıqlarını vurğulayıb: "Mənim üçün hansı mövqedə oynamağımın fərqi yoxdur. Hər zaman ən yaxşısını etmək istəyirəm. Sabah qapıçı da ola bilərəm. O mövqedə də əlimdən gələni edərəm. önəmli olan komanda şəklində yaxşı çıxış edə bilməkdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest