06 Noyabr 2020, 11:16
AVROPA LİQASI
Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Matc.az xəbər verir ki, siyahıda Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, çexiya "Sparta"sından Lukaş Yuliş və Fransanın "Lill" komandasından Yusuf Yazıcı yer alıb.
Jivkoviç Niderland PSV-si ilə matçda (4:1) 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Beyli İsraildə Beer-Şeva "Hapoel"i ilə görüşdə (4:2) dubl edib. Yuliş Şotlandiyada "Seltik"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda, Yazıçı isə İtaliyada "Milan"ı 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada het-trik müəllifi olub.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədən sonra bəlli olacaq.