Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin üçüncü turu çərçivəsində keçirilmiş "Sivasspor" - "Qarabağ" matçının hakimlərinin dəyişdirilməsinin əsl səbəbi bəlli olub.
 
Matc.az xəbər verir ki, UEFA daha əvvəl bu oyunu Portuqaliyadan olan baş hakim Joao Pineyroya tapşırsa da, sonradan onu İsveçrədən olan hakimlə əvəz etmişdi.
 
Pineyro və köməkçilərinin dəyişdirilməsinə baş hakimdə koronavirus aşkarlanması səbəb olub. Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bu üzdən də FİFA referisi ilə yanaşı yan xətt hakimləri Tyaqo Joze Pereyra Kosta və Pedro Ribeyro isveçrəli həmkarları ilə əvəzləniblər. Oyunun 4-cü hakimi Yanku Yoan Vasilitsa isə dəyişdirilməyib.
 
Qeyd edək ki, Sandro Şörerin başçılıq etdiyi hakimlər briqadası idarə etdiyi "Sivasspor" – "Qarabağ" matçı Azərbaycan təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest