06 Noyabr 2020, 19:16
AVROPA LİQASI
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Türkiyə "Sivasspor"u ilə keçirəcəyi oyunun yerini müəyyənləşdirib.
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Türkiyə "Sivasspor"u ilə keçirəcəyi oyunun yerini müəyyənləşdirib.
Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib.
Klub rəsmisi bildirib ki, rəqibi İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda qəbul etmək istəyirlər: "UEFA-ya müraciət etmişik. Hazırda bununla bağlı danışıqlar gedir. Amma hələ rəsmi təsdiq yoxdur". (report)
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək "Qarabağ" - "Sivasspor" görüşünə Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev oyunlarını neytral meydanda keçirir. "Qarabağ" ikinci turun İspaniya "Vilyarreal"ı ilə matçını (1:3) da "Başakşəhər" klubuna məxsus stadionda keçirib.