İtaliyanın "Milan" klubu koronavirus pandemiyası səbəbindən yaşanan maliyyə itkilərinə görə futbolçularının maaşlarını azaltmaq istəyir.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
"Milan" rəhbərliyi futbolçuların məvaciblərini 20 faiz azaltmaq niyyətindədir. Yaxın zamanda tərəflər arasında danışıqların başlayacağı bildirilir.
 
"Milan" klubu ötən ay 2019/20 mövsümünü 195 milyon avroyla başa vurduğunu açıqlamışdı.
 
"Milan" hazırda A Seriyasında 16 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest