Futbol üzrə Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Qalatasaray"la qarşılaşıb. Sivaslılar bu görüşdən məğlubiyyətlə ayrılıblar – 1:2.
 
Qeyd edək ki, "Qarabağ" İ qrupunda birgə qərarlaşdığı "Sivasspor"la ilk oyununu noyabrın 5-də səfərdə keçirib və 0:2 hesabıyla məğlub olub, digər matç isə noyabrın 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest