Futbol üzrə İtaliya A Seriyasında 7-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub. Lider "Milan" bu turda "Verona"nı qəbul edib və xal itkisiylə üzləşib.
 
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Son illərin dəyişməz çempionu "Yuventus" burda "Latsio"nun qonağı olub. "Atalanta" isə doğma meydanda "İnter"lə üz-üzə gəlub. Bu oyunlarda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. "Torino" – "Krotone" matçında da qalib müəyyənləşməyib.
 
"Napoli" "Bolonya" səfərindən minimal hesabla qalib qayıdıbsa, "Roma" "Cenoa" ilə görüşdə inamlı qələbəyə sevinib.
 
İtaliya A Seriyası
7-ci tur
6 noyabr
 
Sassuolo – Udineze 0:0
 
7 noyabr
 
Kalyari – Sampdoriya 2:0
Qol: J.Pedro, 48-pen. Nandes, 69.
 
Benevento – Spetsiya 0:3
Qol: Pobeqa, 29. Nzola, 65; 70.
 
Parma – Fiorentina 0:0
 
8 noyabr
 
Latsio – Yuventus 1:1
Qol: Kaysedo, 90+5 – Ronaldo, 15.
 
Atalanta – İnter 1:1
Qol: Mirançuk, 79 – L.Martines, 58.
 
Cenoa – Roma 1:3
Qol: Pyatsa, 50 – Mxitaryan, 45+2; 66; 85.
 
Torino – Krotone 0:0
 
Bolonya – Napoli 0:1
Qol: Osimhen, 23.
 
Milan – Verona 2:2
Qol: Maqnani, 27-öz qapısına. Kalabria, 90 – Barak, 6. Kalabria, 19-öz qapısına.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest