"Beşiktaş"ın kollektivi növbəti dəfə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, testlərdən dördünün nəticəsi müsbət çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirusa yoluxanlardan üçünün futbolçu, birinin isə klub işçisi olduğu diqqətə çatdırılıb. Adları açıqlanmayan həmin şəxslərin hamısı karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest