Qış fasiləsində heyətində dəyişikliklər edəcək "Qalatasaray"da yola salınacaq ilk futbolçu müəyyənləşib. Matç.az saytıın Braziliya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Mariano yanvarda Türkiyəni tərk edəcək.

32 yaşlı sağ cinah oyunçusunun yeni komandası da artıq bəllidi. Braziliyalı futbolçu ölkəsinin "Flamenqo" klubu ilə anlaşıb. Yanvarın ilk günlərində braziliyalılar bu transferi rəsmən açıqlayacaqlar. Ancaq keçidin maliyyə tərəfi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, ötən il 4,2 milyon avroya "Sevilya"dan alınan Mariano bu mövsüm 17 oyunda meydana çıxıb, 2 məhsuldar ötürməyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest