"Bizim üçün Qazaxıstan üzərində qələbə UEFA Millətlər Liqasının qrup mərhələsinin son iki oyununa hazılaşmaq baxımından olduqca vacibdir".
 
Matc.az xəbər verir ki, bu fikirləri Monteneqro millisinin futbolçusu Marko Bakiç bu gün Qazaxıstanla keçiriəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
 
Rəqibi yaxşı analiz etdiklərini söyləyən 27 yaşlı hücumameylli yarımmüdafiəçi qarşılaşmaya ciddi yanaşdıqlarını bildirib. Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Kiprlə oynayacaqları matçlara da toxunan Belçika "Muskron"unun oyunçusu qələbə qazanmaq istədiklərini vurğulayıb: "Komandamız bu il yaxşı nəticələr əldə edir. öz qrupumuzda birinci yer uğrunda mübarizə aparırıq. B Divizionuna yüksəlmək üçün son iki oyunumuzu udmağa çalışacağıq. Bunun üçün kifayət qədər təcrübəmiz var. Bu, bizim hazırkı hədəfimizdir".
 
Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki "Ivan Laljak-Iviç" stadionunda keçiriləcək Azərbaycan - Monteneqro oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest