Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.

Matc.az xəbər verir ki, bütövlükdə 5 qrup üzrə 9 matç baş tutub.

Azərbaycan yığmasının mübarizə apardığı C liqasının 1-ci qrupunda iki qarşılaşma keçirilib. Millimiz Monteneqro ilə qolsuz heç-heçəyə razılaşıbsa, qrupun lideri Lüksemburq autsayder Kiprə uduzub.

Günün ən maraqlı görüşləri A liqasında baş tutub. A Liqasının 4-cü qrupunda Almaniya Ukrayna ilə qarşılaşmadan qalib ayrılıbsa, İspaniya İsveçrə səfərindən 1 xalla dönüb.

A Liqasının 3-cü qrupu çərçivəsində Portuqaliya – Fransa və İsveç – Xorvatiya matçları keçirilib. Fransızlar səfərdən qələbə ilə dönüblərsə, xorvatlar məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, turun digər görüşləri noyabrın 15-də keçiriləcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur

14 noyabr

A liqası, 3-cü qrup

İsveç – Xorvatiya 2:1
Qol: Kuluşevski, 36. Danielson, 45+2 – Danielson, 82-öz qapısına.

Portuqaliya – Fransa 0:1
Qol: Kante, 54.

Fransa – 13, Portuqaliya – 10, İsveç – 3, Xorvatiya – 3.

A liqası, 4-cü qrup

İsveçrə – İspaniya 1:1
Qol: Freuler, 26 – Moreno, 89.

Almaniya – Ukrayna 3:1
Qol: Sane, 23. Verner, 33; 64 – Yaremçuk, 12.

Almaniya – 9, İspaniya – 8, Ukrayna – 6, İsveçrə – 3.

C liqası, 1-ci qrup

Azərbaycan – Monteneqro 0:0

Kipr – Lüksemburq 2:1
Qol: Kastanos, 34-pen; 71 – Kusulos, 5-öz qapısına.

Monteneqro – 10, Lüksemburq – 9, Azərbaycan – 5, Kipr – 4.

D liqası, 1-ci qrup

Malta – Andorra 3:1
Qol: Qarsiya, 56-öz qapısına. Deqabriele, 59. Dimeç, 90+3 – Rebes, 3.

Latviya – Farer adaları 1:1
Qol: Kamess, 59 – Vatnhamar, 60.

Farer adaları – 11, Malta – 8, Latviya – 4, Andorra – 2.

D liqası, 2-ci qrup

San Marino – Cəbəllütariq 0:0

Cəbəllütariq – 7, Lixtenşteyn – 4, San-Marino – 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest