11 May 2025, 22:09
FUTBOL
İspaniya La Liqasının XXXV turunda "El-Klasiko" baş tutub.
Matc.az xəbər verir ki, "Barselona" evdə "Real"ı qəbul edib.
Qarşılaşma Kataloniya təmsilçisinin qələbəsi ilə bitib - 4:3. Meydan sahiblərinin heyətində 19-cu dəqiqədə Erik Qarsiya, 32-ci dəqiqədə Lamin Yamal, 34 və 45-ci dəqiqələrdə Rafinya fərqlənib.
Qonaqlarda Kilian Mbappe 5 (pen), 14 və 70-ci dəqiqələrdə adını tabloya yazdırıb.
Qeyd edək ki, sona üç tur qalmış xallarının sayını 82-yə çatdıran "Barselona" liderliyini möhkəmləndirib. Madrid klubu isə 75 xalla ikinci sıradadır.