UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Matc.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra finalçılar müəyyənləşib.
"Mançester Yunayted" doğma meydanda "Atletik"i qəbul edib. Qarşılaşma "qırmızı şeytanlar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Tottenhem" isə ilk matçda 3:1 hesabı ilə məğlub etdiyi "Bodo Qlimt"lə Norveçdə üz-üzə gəlib. London təmsilçisi bu dəfə də qalib gəlməyi bacarıb.
Finalda İngiltərə təmsilçiləri "Mançester Yunayted"lə "Tottenhem" qarşılaşacaq.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
8 may
"Mançester Yunayted" (İngiltərə) - "Atletik" (İspaniya) 4:1
Qollar: Meyson Maunt, 72, 90+1, Kazemiro, 80, Rasmus Hoylun, 85 - Mikel Jauregizar, 31
İlk oyun: 3:0
"Bodo Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə) 0:2
Qollar: Dominik Solanki, 63, Pedro Porro, 69
İlk oyun: 1:3