14 Noyabr 2020, 16:21
AVROPA LİQASI
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Sivasspor"la keçirəcəyi ev oyununun yeri müəyyənləşib.
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Sivasspor"la keçirəcəyi ev oyununun yeri müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Matç Türkiyədə – "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.
Noyabrın 26-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.
UEFA Azərbaycandakı hərbi vəziyyətə görə "Qarabağ"ın ev oyunlarının neytral meydanda keçirilməsinə qərar verib. Komandanın daha əvvəlki ev oyunu – "Vilyarreal"la matçı da (1:3) İstanbulda baş tutub.