Futbol üzrə Litva çempionatında mövsümə yekun vurulub.
 
Matc.az xəbər verir ki, çempionluğun taleyinə də son turda aydınlıq gəlib.
 
Həlledici oyundan öncə 43 xalla lider olan "Suduva" səfərdə əsas izləyicisi "Jalgiris"lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 3:0 hesabıyla qalib gəliblər. Nəticədə xal hesabını 45-ə çatdıran "Jalgiris" zirvəni ələ keçirməklə çempionluğunu rəsmiləşdirib.
 
Bununla da sözügedən klub tarixində 8-ci dəfə Litva çempionu olub. "Jalgiris" 2016-cı ildən qızıl medallara həsrət idi.
 
"Suduva" gümüş, 38 xala malik "Kauno Jalgiris" isə bürünc medallarla kifayətlənib. Bu iki komanda, həmçinin ölkə kubokunun qalibi olan "Panejevis" Avropa Liqasında oynamaq hüququ qazanıb.
 
Qeyd edək ki, Litva çempionatında cəmi 6 komanda mübarizə aparırdı. 16 xala malik "Banqa" dördüncü olubsa, 12 xalı olan "Panejevis" və "Riteryay" son iki pilləni bölüşüblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest