Futbol üzrə İngiltərə yığmasının və "Tottenhem"in hücumçusu Harri Keynin avtomobili oğurlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
Xəbərdə futbolçunun 100 min funt sterlinq (111 min avro) dəyərində olan "Range Rover" markalı avtomobilinin paytaxt Londonda qaçırıldığı diqqətə çatdırılıb. 
 
Cinayətkarlar elektron cihazdan istifadə edərək maşının qapısını açıblar. Oğurluq edən şəxsləri tapmağın çətin olacağı bildirilib. Keynin qiymətli əşyalarının maşında olmamasına və bu hadisə nəticəsində özü və ailəsinin xəsarət almamasına sevindiyi vurğulanıb.
 
Qeyd edək ki, Keyn "Tottenhem"də avtomobili oğurlanan 3-cü futbolçudur. Daha əvvəl Dele Alli və Yan Vertongen bu hadisə ilə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest