"Barselona" ilə müqaviləsi mövsümün sonunda başa çatan Voyçex Şesnıy gələcəyi haqda danışıb.

Matc.az xəbər verir ki, İspaniya mətbuatına danışan polşalı qapıçı klubdan yemi sözləşmə təklifi aldığını bildirib:

"Klubdan müqaviləmin 2 illik uzadılması təklifi almışam. Ancaq ailəmlə birlikdə bizim üçün nəyin daha yaxşı olduğuna qərar verməliyəm. Evimlə bağlı qərarları həyat yoldaşım verir. Buna görə heç də utanmıram".

Qeyd edək ki, Voyçex Şesnıy ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. 35 yaşlı qolkiper Kataloniya təmsilçisinin heyətində 29 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest