İngiltərənin "Derbi Kaunti" klubu baş məşqçisi Fillip Kokunu istefaya göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə çempionşip klubunun mətbuat xidməti məlumat yayıb.
 
50 yaşlı niderlandlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. "Derbi Kaunti" bu mövsüm keçirdiyi 11 oyunda cəmi 1 qələbə qazanıb və 6 xalla 24 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 
Kokunun köməkçilərindən Kris van der Verden və Tvan Şipers də istefaya göndərilib. Daha öncə PSV və "Fənərbaxça"nın da baş məşqçisi olmuş mütəxəssis 2019-cu ilin yayından "Derbi Kaunti"ni çalışdırırdı. Komanda onun rəhbərliyi altında 65 oyun keçirib.
 
çempionşip klubu artıq yeni baş məşqçisini də müəyyənləşdirib. Britaniya mətbuatı komandanın hücumçusu, həm də oynayan məşqçi olan Ueyn Runinin bundan sonra "Derbi Kaunti"yə baş məşqçi kimi rəhbərlik edəcəyini iddia edir. Komandanı qarşıdakı "Bristol Siti" ilə oyuna da Runi çıxaracaq. Bu təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest