Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də, saat 23:45-də "Josi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu ərəfəsində hər iki komandanın mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Bu gün əvvəlcə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holtsun, sonra isə millimizi çalışdıran Canni De Byazinin mətbuat konfransı baş tutacaq. Son məşqlərə gəlincə, öncə yığmamız, sonra isə meydan sahibləri matça hazırlığı yekunlaşdıracaq.
 
Azərbaycan milli komandası
16 noyabr
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Lüksemburq milli komandası
16 noyabr
Saat 15:00. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest