"İsveçrə ilə matçda daha əvvəl oynamış bir çox futbolçunun xidmətindən istifadə edə bilmədim. Onların bəzilərində koronavirus testi müsbət çıxmışdı".

"İsveçrə ilə matçda daha əvvəl oynamış bir çox futbolçunun xidmətindən istifadə edə bilmədim. Onların bəzilərində koronavirus testi müsbət çıxmışdı".
 
Matc.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsinin İsveçrə ilə oyunu (1:2) öncəsi üzləşdikləri problemlər barədə danışarkən deyib.
 
Serb mütəxəssis infeksiyaya yoluxmuş oyunçuların adlarını və sayını açıqlamasa da, onların vəziyyətinin yaxşı olduğunu bildirib.
 
43 yaşlı baş məşqçinin sözlərinə görə, UEFA qarşılaşmadan əvvəl Barış Ekincier və Emre Kaplanın meydana çıxmasına icazə verməyib: "Barış və Emre çıxış etdikləri ölkədə testdən keçmişdilər. Matçdan 1 gün öncə onların oynamasında problem olmadığı bildirildi. Oyun günü isə UEFA yalnız öz test nəticələrinin əsas götürüldüyünü iddia edərək, qərarını dəyişdi. Nəticədə meydana fərqli heyətlə çıxmalı olduq. Bəzi futbolçular ilk dəfə oynayırdılar".
 
Oyun barədə də fikirlərini bölüşən Obradoviç nəticədən narazı qaldığını gizlətməyib: "çünki son dəqiqələrdə buraxdığımız qolla məğlub olduq. Komandanın çıxışına gəlincə, düşünürəm ki, futbolçular meydanda əllərindən gələni etdilər. Komanda şəklində mübarizə aparıb təhlükəli hücumlar qura bilirdik. Qoldan sonra daha 2 dəfə fərqlənmək üçün yaxşı şansımız oldu. İlk hissədə həm meydanın özümüzə aid hissəsində, həm də mərkəzində yaxşı müdafiə olunurduq".
 
Bu iln sonunda AFFA iə müqavləsi başa çatacaq Obradoviç hələlik assosiasiya rəhbərliyi ilə danışmadığını söyləyib. O, məsələnin qarşıdakı günlərdə müzakirə ounacağını əlavə edib.
 
Qeyd edək ki, Milan Obradoviç 2019-cu ildən U-21 yığmasına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest