"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunda koronavirusa yoluxanların sayı artıb.
 
Matc.az xəbər verir ki, son analizlər nəticəsində daha iki nəfərin COVİD-19 testi pozitib çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirusa yeni yoluxanlardan biri futbolçu, digəri isə klub işçisidir. Bununla da "Sivasspor"da koronavirus aşkarlanan oyunçuların sayı 6-ya çatıb. Onların adları adı açıqlanmır.
 
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest