"Hazırda yalnız "Qarabağ"la matçı düşünürük. Bu, bizim üçün final oyunudur. Qələbə qazanacağımız təqdirdə iddiamızı davam etdirəcəyik".
 
Matc.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər matçı barədə danışarkən deyib.
 
57 yaşlı mütəxəssis daha sonra bunları bildirib: "Qarabağ"la qarşılaşmada qələbə qazanmalıyıq. Futbolçularımız da bunun fərqindədir. Ən böyük çətinliyimiz heyətlə bağlı problemlərdir. İtkilərimiz çoxdur. Belə vəziyyətdə həm avrokubok, həm də Super Liqa matçları oynayacağıq. Müəyyən vaxtdan sonra çox yaxşı olacağıq. "Qarabağ" yaxşı komandadır. öz oyunumuzu sərgiləyə bilməsək, bizim üçün çətin olacaq. İlk qarşılaşmadakı kimi oynasaq, matçı yaxşı hesabla başa vura bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest