24 Noyabr 2020, 14:41
AVROPA LİQASI
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Matc.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək Yunanıstanın AEK və Ukraynanın "Zarya" komandalarının matçında iş başında olacaq.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, AEK - "Zarya" matçı noyabrın 26-da Afinada gerçəkləşəcək.