25 Noyabr 2020, 18:29
AVROPA LİQASI
"Qrupdan çıxmaq üçün qarşıdakı 2 oyunu udmaq lazımdır. Eyni zamanda "Vilyarreal"ın da qələbəsini gözləyəcəyik. Çətin günlərdən keçirik"
Türkiyənin "Sivasspor" klubunun hücumçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"çətin oyun olacağını bilirik. Son matçda qələbə qazandıq. Həmin görüş də asan keçməmişdi. Qrupdan çıxmaq üçün qarşıdakı 2 oyunu udmaq lazımdır. Eyni zamanda "Vilyarreal"ın da qələbəsini gözləyəcəyik. çətin günlərdən keçirik. Komandada bəzi problemlər var. Amma buna baxmayaraq, güclü kollektivimiz var. Meydanda hər şeyi edə bilərik. Yolumuza davam edə biləcək gücdəyik".
Qeyd edək ki, sabah İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Bu komandalar arasında Sivasda keçirilmiş ilk oyunda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.