Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfərdə qarşılaşacaq Təl-Əviv "Makkabi"si heyətlə bağlı ciddi problemlər yaşayır.
 
Matc.az xəbər verir ki, İsrail klubunun baş məşqçisi Yorqos Donis ölkə çempionatının 8-ci turunda Kfar-Saba "Hapoel"i üzərində 3:0 hesablı qələbə qazandıqları oyundan sonra koronavirus pandemiyası səbəbindən əksər futbolçuların sərəncamında olmadığını söyləyib:
 
"Mövsümün əvvəlində oyunçumuz çox idi. Ancaq koronavirus bütün klub heyətinin azalmasına səbəb oldu. Stabilliyi qorumaq istəyirəm. Tam hazır vəziyyətdə olan və müntəzəm çıxış edə bilən cəmi 8 oyunçum var. Amma hər kəs oyun şansı əldə edə bilər. Son matçlarda uzun ötürmələrə çox üstünlük verirdik və real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdik. Ancaq hücum performansımızın oyundan-oyuna artdığını görürəm".
 
Qeyd edək ki, "Qarabağ" – "Makkabi" görüşü dekabrın 3-də İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest