İsrailin "Makkabi" (Təl-Əviv) klubunun müdafiəçisi Ben Bitton ölkə çempionatı çərçivəsində Kfar-Saba "Hapoel"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, 3:0 hesabıyla qalib gəldikləri oyuna bir qolla töhfə verən 29 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən də söz açıb:
 
"Hapoel"i 3:0 hesabı ilə məğlub etdik. Artıq Avropa Liqasının "Qarabağ"a qarşı vacib oyunu düşünürük. Bu görüşdə qələbənin davamını gətirmək istəyirik".
 
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" – "Makkabi" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest