"Qarşıda daha bir qarşılaşma var. Qalib gəlməliyik. Mən optimistəm. Çətin vəziyyətdəyik, amma xarakterimizə və şərəfimizə etibar etməliyik"

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan çempionlar Liqasında "Şaxtyor"a məğlubiyyəti şərh edib. Matc.az xəbər verir ki, fransız çalışdırıcı komandasının Donets təmsilçisinə uduzmağa layiq olmadığını söyləyib. 

"İlk hissədə çox yaxşı oynadıq, ancaq qol vura bilmədik. Top qapıya girmək istəmədi və sonra hər şey çətinləşdi. Qol vursaydıq, oyunun dinamikasını dəyişəcəkdi. Ancaq "Şaxtyor" hesabı açmaqla bizə ağır zərbə vurdu, çünki bundan əvvəl çox yaxşı oynayırdıq. Fərqlənmək üçün 2-3 yaxşı şans yaratdıq və hətta dirəkdən dönən zərbəmiz oldu.

Bəli, bir sıra uğursuz matçlarımız oldu, amma davam etməliyik. Başqa çıxış yolu yoxdu. Qarşıda daha bir qarşılaşma var. Qalib gəlməliyik. Mən optimistəm. çətin vəziyyətdəyik, amma xarakterimizə və şərəfimizə etibar etməliyik. çox təəssüf ki, nəticə belədi, məğlub olmağa layiq deyildik. İndi, sadəcə komandaya inanmalısan" – deyə, Zidan bildirib.

Qeyd edək ki, Ukraynada keçirilən oyunda "Şaxtyor" 2:0 hesablı qələbə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest