02 Dekabr 2020, 17:08
AVROPA LİQASI
"Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb".
Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı matçdan əvvəl mətbuat konfransında deyib.
Gənc mütəxəssis Mahir Emrelinin də koronavirusa yoluxduğunu xatırladıb: "Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" – "Makkabi" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.