Azərbaycan Premyer Liqasının V turunun "Araz-Naxçıvan" – "Turan Tovuz" (2:2) qarşılaşmasından sonra Tovuz klubu hakim qərarlarına qarşı rəsmi bəyanat yayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub qapılarına əsassız penalti təyin olunduğunu bildirərək sistemli təzyiqlərlə üzləşdiklərini bəyan edib.

"Hörmətli "Turan" ailəsi!

Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.

Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.

Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.

"Turan" ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!", – deyə bəyanatda bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest