İsrailin "Makkabi" (Təl-Əviv) klubunun baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

İsrailin "Makkabi" (Təl-Əviv) klubunun baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"ümumilikdə yaxşı oyun keçirdik. Meydanda açıq oyun getdi. Sonadək vuruşduq. İmkanlarımız oldu, futbolçular çalışdılar. Komandamdan razı qaldım. Sadəcə, nəticə məni qane etmədi.
 
Son turda "Sivasspor"la qarşılaşacağıq. Evdə oynayacağımız üçün komandada özünəinam var. Heyətimizdə güclü oyunçular çıxış edir. Növbəti mərhələyə adlamaq üçün yaxşı fürsətimiz var. Növbəti mərhələ üçün mübarizə aparacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest