Futbol üzrə Almaniya Bundesliqasında 10-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Turun mərkəzi görüşündə lider "Bavariya" ən yaxın izləyicisi "Leyptsiq"lə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Dortmund "Borussiya"sı da bu turda "Ayntraxt"la səfərdə heç-heçəyə razılaşıb.
 
Hər ikisində dörd qolun qeydə alındığı "Frayburq" – "Borussiya" (Münhenqladbax) və "Köln" – "Volfsburq" görüşləri də heç-heçə bitib. Günün yeganə qalibi "Maynts"ı məğlub yola salan "Arminiya" olub.
 
Almaniya Bundesliqası
10-cu tur
4 dekabr
 
Herta – Yunion 3:1
Qol: Pekarik, 51. Pyontek, 74; 77 – Avoniyi, 20.
 
5 dekabr
 
Frayburq – Borussiya (Münhenqladbax) 2:2
Qol: Linhart, 32. Qrifo, 49-pen – Embolo, 23. Plea, 50.
 
Köln – Volfsburq 2:2
Qol: Tielmann, 18. Duda, 43 – Arnold, 29. Veqorst, 47.
 
Arminiya – Maynts 2:1
Qol: Prietl, 21. Doan, 31 – Ştoqer, 82.
 
Ayntraxt – Borussiya (Dortmund) 1:1
Qol: Kamada, 9 – Reyna, 56.
 
Bavariya – Leyptsiq 3:3
Qol: Musiala, 30. Müller, 34; 75 – Nkunku, 19. Kluyvert, 36. Forsberq, 48.
 
6 dekabr
 
18:30 Verder – Ştutqart
21:00 Şalke – Bayer
 
7 dekabr
 
23:30 Hoffenhaym – Auqsburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest