Futbol üzrə İtaliya A Seriyasında 10-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Açılış matçında "Latsio" səfərdə "Spetsiya" ilə üz-üzə gəlib və çətin qələbəyə sevinib.
 
Turun derbi görüşü Turində keçirilib. Son çempion "Yuventus" bu tur çərçivəsində doğma meydanda "Torino"nu qəbul edib. Derbi meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.
 
"İnter" isə "Bolonya"nı sınağa çəkib. Milanlılar doğma meydanda inamlı qələbə qazanıblar.
 
İtaliya A Seriyası
10-cu tur
5 dekabr
 
Spetsiya – Latsio 1:2
Qol: Nzola, 64 – İmmobile, 15. Milinkoviç-Saviç, 33.
 
Yuventus – Torino 2:1
Qol: Makkenni, 78. Bonuççi, 89 – Nkulu, 9.
 
İnter – Bolonya 3:1
Qol: Lukaku, 16. Hakimi, 45; 70 – Viqnato, 67.
 
6 dekabr
 
15:30 Verona – Kalyari
18:00 Udineze – Atalanta
18:00 Roma – Sassuolo
18:00 Parma – Benevento
21:00 Krotone – Napoli
23:45 Sampdoriya – Milan
 
7 dekabr
 
23:45 Fiorentina – Cenoa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest