08 Dekabr 2020, 10:51
AVROPA LİQASI
İspaniyanın "Vilyarreal" klubunun hücumçusu Pako Alkaserin Avropa Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda "Qarabağ"la matçı buraxacağı dəqiqləşib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
La Liqanın 12-ci turunda "Elçe" ilə ev oyununda (0:0) zədələnən 27 yaşlı futbolçunun bud əzələsində yırtıq aşkarlanıb. İspaniya yığmasının da şərəfini qoruyan forvardın 2021-ci ildə sıraya dönəyəcəyi gözlənilir.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. "Vilyarreal"da Karlos Bakka və Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı öncədən bilinirdi.