Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.
 
"çelsi" bu turda son həftələrdə qələbə qazana bilməyən "Everton"la qarşılaşıb. "Zadəganlar" bu oyundan minimal hesabla məğlub ayrılıblar.
 
"Vulverhempton" da evdə "Aston Villa"ya oxşar hesabla uduzub. üç qolun qeydə alındığı "Nyukasl" – "Vest Bromviç" matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Turun mərkəzi görüşü Mançesterdə keçirilib. "Mançester Yunayted" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Derbidə qapılara qol vurulmayıb.
 
İngiltərə Premyer Liqası
12-ci tur
11 dekabr
 
Lids – Vest Hem 1:2
Qol: Klix, 6-pen – Souçek, 25. Oqbonna, 80.
 
12 dekabr
 
Vulverhempton – Aston Villa 0:1
Qol: El-Qazi, 90+4-pen.
 
Nyukasl – Vest Bromviç 2:1
Qol: Almiron, 1. Qayle, 82 – Furlonq, 50.
 
Mançester Yunayted – Mançester Siti 0:0
 
Everton – çelsi 1:0
Qol: Siqurdsson, 22-pen.
 
13 dekabr
 
16:00 Sauthempton – Şeffild Yunayted
18:15 Kristal Pelas – Tottenhem
20:30 Fulhem – Liverpul
23:15 Arsenal – Bernli
23:15 Lester – Brayton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest