"Trabzonspor"un iki futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə iki futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı bildirilsə də, onların adları açıqlanmayıb. Hər iki oyunçu karantinə alınıb.
 
Qeyd edək ki, "Trabzonspor" bu gün Türkiyə kubokunun 1/16 final mərhələsi çərçivəsində "Adana Dəmirspor"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest