"Barselona" İspaniya La Liqasının 19-cu turu çərçivəsində "Real Sosyedad"a 2:1 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, "Barselona"nın doğma meydanda qazandığı bu qələbə hücumçusu Lionel Messi üçün əlamətdar olub. 
 
Bu, argentinalı futbolçunun "Kamp Nou"da yubiley – 300-cü qələbəsi kimi tarixə keçib. Bu qələbələrdən 211-i La Liqada, 53-ü çempionlar Liqasında, 30-u ölkə kubokunda, 6 qalibiyyət isə Super kubok matçında qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest