"Neftçi" Azərbaycan Premyer Liqasının 12-ci turunun "Sabah"la oyununa 2 itki ilə çıxacaq.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Samir Abasov məlumat verib.
 
42 yaşlı mütəxəssis Stiven Monrozla Bruno Teluşinin sabahkı matçı buraxacağını bildirib. Hər iki legioner koronavirusa yoluxduqları üçün oynaya bilməyəcəklər.
 
Komandanın digər üzvlərinin bəzilərində test nəticələrinin açıqlandığını söyləyən Abasov hələlik yeni yoluxma qeydə alınmadığını vurğulayıb.
 
Qeyd edək ki, Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Neftçi" görüşü saat 17:15-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest