Fransanın PSJ komandasının zədəli futbolçusu Neymarın durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, braziliyalı hücumçu üçün 2020-ci il vaxtından tez başa çatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Liqa 1-in 14-cü turunun Lion "Olimpik"i ilə oyununda (0:1) sol ayağı burxulan 28 yaşlı forvard bu il meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, təcrübəli oyunçu çempionatda "Lill"lə səfər matçını (20 dekabr) və "Strasburq"la ev qarşılaşmasını (23 dekabr) buraxacaq.
 
Qeyd edək ki, PSJ 2021-ci ildə ilk oyununu yanvarın 6-da Liqa 1-də "Sent-Etyen"ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest