"Fənərbaxça"da daha iki nəfər koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İstanbul klubundan verilən məlumata görə, "Başakşəhər"lə oyundan öncə kollektivdən COVİD-19 testi götürülüb. Nəticədə iki nəfərdə koronavirus aşkarlanıb. Onlardan biri futbolçu, digəri klub işçisidir. Adları açıqlanmayan şəxslər karantinə alınıblar.
 
Xatırladaq ki, bu oyun ərəfəsində "Başakşəhər" də bir futbolçusunun koronavirusa yoluxduğunu açıqlamışdı.
 
"Fənərbaxça" sabah Super Liqanın 14-cü turu çərçivəsində doğma meydanda "Başakşəhər"lə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest