"Barselona"nın kapitanı Lionel Messi La Liqanın 17-ci turu çərçivəsində qarşılaşacaqları "Eybar"la matçı buraxacaq.
 
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ronald Kuman məlumat verib.
 
O, argentinalı hücumçuya istirahət verdiyini bildirib. Buna Messinin topuq nahiyəsindəki zədədən əziyyət çəkməsi səbəb göstərilir.
 
Qeyd edək ki, "Barselona" - "Eybar" matçı dekabrın 29-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest