On bir turdan sonra 6 xal toplayan şahmatçımız seçmə mərhələni beşinci yerdə başa vurub və 1/4 finala vəsiqə qazanıb. Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen 6,5 xalla birinci pillədə qərarlaşıb.

"Champion Chess Tour" çərçivəsində onlayn təşkil edilən "Airthings Masters" turnirində dörddəbir finalın iştirakçıları müəyyənləşib. Matc.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov son iki turda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və hindistanlı rəqibi Harikrişna Pentala ilə heç-heçə edib. On bir turdan sonra 6 xal toplayan şahmatçımız seçmə mərhələni beşinci yerdə başa vurub və 1/4 finala vəsiqə qazanıb. Norveçli hazırkı dünya çempionu Maqnus Karlsen 6,5 xalla birinci pillədə qərarlaşıb.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest