55 yaşlı mütəxəssisin test nəticəsi mənfi olub və o xəstəxanadan evə buraxılıb. Hüseynovun hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov koronavirusdan sağalıb. Matc.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin test nəticəsi mənfi olub və o xəstəxanadan evə buraxılıb. Hüseynov hazırda özünü yaxşı hiss edir.
 
Qeyd edək ki, Yunis Hüseynovun koronavirus testi dekabrın 15-də müsbət çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest