İtaliyanın "Yuventus" klubu titul sponsoru olan "Jeep" şirkətiylə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Yuventus" "Jeep"lə olan sözləşməni 2024-cü ilin yayına qədər artırıb. "Yuventus" yeni razılaşmaya əsasən, illik 45 milyon avro və yeni titullara görə əlavə bonuslar qazanacaq.
 
"Yuventus" "Jeep"lə 2012-ci il mövsümündən əməkdaşlıq edir. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest