Abışovun sözlərinə görə, hər şey futbolçunun özündən asılıdır: "Stabil və uğurlu çıxış edən futbolçuya həmişə təklif gələcək. Formada olsam, stabil çıxış etsəm, "Sabah" olmasa da, 100 faiz hansısa klubdan təklif gələcək"

"Gələcəklə bağlı o qədər də fikir səsləndirə bilməyəcəyəm. Amma istəyərəm ki, karyeramı hazırk klubumda başa vurum".
 
Matc.az xəbər verir ki, bunu "Sabah"ın kapitanı Ruslan Abışov deyib.
 
O bildirib ki, indiki komandasına hələ istədiyini verə bilməyib: "Hər zaman özümü "Sabah" qarşısında borclu hesab edirəm. Burada istədiyim qədər oyun keçirməmişəm. Yayda müqaviləm başa çatacaq. Sözləşməni uzatsam, 1,5 il ərzində komandada edə bilmədiklərimi yerinə yetirmək niyyətindəyəm. "Sabah" klubunda karyeramı sonlandırmaq istəyərəm".
 
Abışovun sözlərinə görə, hər şey futbolçunun özündən asılıdır: "Stabil və uğurlu çıxış edən futbolçuya həmişə təklif gələcək. Formada olsam, stabil çıxış etsəm, "Sabah" olmasa da, 100 faiz hansısa klubdan təklif gələcək".
 
Təcrübəli oyunçu futbolu bitirdikdən sonra bu sahədə qalmaq istədiyini sözlərinə əlavə edib: "Baş məşqçi olmaq barədə düşünməmişəm. Amma müəyyən klubda və ya AFFA-da hansısa idarəetmə sistemində çalışmaq istəyərəm. Baş məşqçilik barədə planım yoxdur". (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest