İspaniyanın "Valensiya" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Test nəticəsi müsbət çıxan oyunçunun adı açıqlanmayıb, ancaq onun bu həftə bazada məşq etdiyi bildirilib. Bu üzdən də onunla təmas olanda digər şəxslər də karantinə alınıb.
 
Qeyd edək ki, "Valensiya" La Liqada 18 turdan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest