İtaliyanın "Milan" klubu futbolçusu Andrea Kontini icarəyə verib.
 
Matc.az xəbər verir ki, 26 yaşlı müdafiəçi mövsümün sonuna qədər "Parma"da çıxış edəcək.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçisi mövsümün sonunda 7 milyon avro ödəyərək, Kontinin transfer hüquqlarına sahib ola bilər.
 
Konti bu mövsüm "Milan"la 4 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest