Almaniyanın "Bayer" klubunun yarımmüdafiəçisi Nadim Amiri koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 24 yaşlı futbolçudan götürülmüş sonuncu COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Alman yarımmüdafiəçi karantinə alınıb.
 
Amiri 2019-cu ildən "Bayer"in uğurları üçün çalışır. O, həm də Almaniya yığmasının formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest